• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətən müharİbəsİniİn şəhİdi

  • 17.11.2020, 10:22, Baxış sayı:
  • 597
Vətən müharİbəsİniİn şəhİdi
Ruhunuz qarşısında baş əyirik


Sabirabaddan Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi şəhidlərinin biri də Ağayev Ramil Ağarəhim oğludur. 20 sentyabr 1994-cü ildə anadan olub. N. Gəncəvi adına Sabirabad şəhər 5 saylı tam orta məktəbin və Memarlıq İnşaat Universitetinin məzunu olub. Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmət keçib. Sonra ixtisasına uyğun müxtəlif işlərdə çalışıb. Bu ilin sentyabrın 29-da qeydiyyatda olduğu Yasamal rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə səfərbər olunub. 3 günlük təlimlərdən sonra ön cəbhəyə yola salınıb. Əvvəl Füzuli istiqamətində döyüşüb. Xüsusi xidmətlərinə görə təşəkkür belə alıb. Oktyabrın 9-da isə Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub.
Əmisi Elməddin Ağayev:
- Qardaşım Ağarəhimin oğlu Ramil barədə danışmaq mənim üçün çox çətindir. Ailənin tək övladı idi. Hamımızın sevimlisi olmuşdu. Bir az əvvəl toy edib evləndirmişdik də. 6 aylıq qız balası yadigar qaldı qardaş oğlundan. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Şəhidlərimizin qanını döyüş meydanında almışıq”. Bu bizim ən böyük təsəllimizdir. Vətən sağ olsun...
Yeriniz behişt olsun Ramil Ağayev kimi şəhidlərimiz!
Rauf QARAYEV.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter