• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Milli Qəhrəmanlarımız-Mübariz Əhmədov

  • 13.11.2020, 12:27, Baxış sayı:
  • 628
Milli Qəhrəmanlarımız-Mübariz Əhmədov
CƏSUR KOMANDİR
Mübariz Əhmədov 1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1980-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstituna qəbul olunur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılır. 1985-ci ildə ordudan tərxis olunur. Erməni basqınçıları Azərbaycan torpaqlarına hücumlar etməyə başlayanda Mübariz yenicə yaranan özünümüdafiə batalyonuna ilk yazılan könüllülərdən olur. Anası onun ailə qurmağını istəyir. Lakin Mübariz: Sonra,- deyir
Mübariz Ağdamda rota komandiri olaraq döyüşlərə girir. Daha sonra isə Dovşanlı, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Xanabad, Şuşa və digər kənd və şəhərlərimiz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə adı dilləri gəzdi. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyədə hərbi təhsil almağı tövsiyə edir, lakin Vətəninə dövlətçiliyimizə, xalqına bağlı olan Mübariz döyüşməyi üstün tutur. Onun son döyüşü 24 sentyabr 1992-ci il oldu, Abdal-Gülablı kəndini erməni faşist dəstələrindən təmizləmək lazım idi əks hücuma keçən döyüşçülərimiz qələbə əzmi ilə irəliləyirdilər. Lakin qəfil partlayan mərmi Mübarizi yerə sərdi. Onu döyüş zonasından uzaqlaşdırmaq mümkün olsa da həyata qaytarmaq mümkün olmur. Cəsur komandir gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Sabirabad rayonunun Qaratəpə kəndindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şəhidlər Xiyabanında büstü qoyulmuşdur.
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter