Azərbaycan mühüm beynəlxalq tədbirlərinkeçirildiyi məkana çevrilib. ADA Universitetindədünyanın müxtəlif beyin mərkəzlərinin iştirakı ilətoplantıların keçirilməsi artıq ənənəyə çevrilib.Aprelin 23-də isə ADA Universitetində təşkil olunan beynəlxalq forum "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda həsr olunub. COP29-un ölkəmizdə keçirilməsi ərəfəsində belə bir beynəlxalq forumun keçirilməsi olduqca aktualdır.
Prezident İlham Əliyevin çoxşaxəli, praqmatik siyasəti, güclü siyasi iradəsi sayəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınır. Beynəlxalq birlik ölkəmizi etibarlıtərəfdaş kimi qəbul edir. Təbii ki, bu amil ölkəmizəbeynəlxalq birliyin inam və etimadınıngöstəricisidir. Hazırda respublikamız bu mötəbərtədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddihazırlıq işləri görür. Bu kontekstdə ADA Universitetində təşkil olunan "COP29 vəAzərbaycan üçün Yaşıl Baxış" mövzusundabeynəlxalq forum böyük əhəmiyyət kəsb edir. Forumda çıxış edən Prezident İlham Əliyev dəbildirib ki, COP29-un ölkəmizdə keçirilməsiAzərbaycana olan beynəlxalq ictimaiyyətin böyükhörmət və dəstəyinin təzahürüdür. Dövlətimizinbaşçısı vurğulayıb ki, biz Azərbaycanın COP29-a sədrliyinə həm də ən təxirəsalınmaz məsələlərinhəllinə qlobal aləmdə töhfə vermək fürsəti kimibaxırıq.
Forumda dövlət başçısının müxtəlif beyinmərkəzlərinin nümayəndələrinin suallarını ətraflışəkildə cavablandırdığını deyən millət vəkilininsözlərinə görə, diqqət mərkəzində olan əsasməsələlərdən biri də Cənubi Qafqaz regionundavəziyyət, Azərbaycanla Ermənistan arasındamünasibətlərin normallaşdırılmasıdır.Dövlətimizinbaşçısı deyib ki, Türkiyə ilə bizi nəinki müttəfiqlikBəyannaməsi, həmçinin bir çox digər məsələlərbirləşdirir. Türkiyə-Azərbaycan birliyi regionaltəhlükəsizliyin və sabitliyin mühüm meyarıdır: "Bilirəm ki, həm Azərbaycan, həm də Türkiyədəaydın mövqe var: iki proses paralel getməlidir. Türkiyə ilə Ermənistan arasında yaxınlaşma vəAzərbaycan ilə Ermənistan arasında normallaşmaparalel getməlidir. Bu, bizim mövqedir və bu, həmçinin Türkiyə Prezidentinin mövqeyidir".
Cənab Prezident həmçinin vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azıməsləhətləşmələri aparmaq üçün fürsətyaradacaq və gələcək əməkdaşlıq üçün yolaçacaq: "Hazırda unikal şans yaranıb. Biz bundanməhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülhşəraitində öz müstəqil həyatına başlamış Baltikdövlətlərindən fərqli olaraq, bizim bölgədəmüharibələr gedirdi. İndi həmin səhifəni çevirməkşansı yaranıb. Biz bunu edirik. Düşünürəm ki, COP29 əla fürsətdir".
Azərbaycanla Ermənistan arasında sərhədlərindelimitasiyası, o cümlədən Qazaxın dörd kəndinindinc yolla qaytarılması sülh üçün yaxşı imkanyaradır. Prezident İlham Əliyevin dediyi kimi, COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür. Azərbaycan sülh prosesini davam etdirməyəhazırdır. Biz tarixi ədaləti və beynəlxalq hüququbərpa etdik və indi regionda düşmənçiliyə sonqoymaq vaxtı yetişib. Ermənistan da sülh üçüniradə nümayiş etdirmələri, üçüncü qüvvələrindiqtəsi ilə hərəkət etməməlidir.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru