Hörmətli redaksiya,
Biz sakinlər Qasımbəyliyə qaz çəkiləndə sevincimizin həddi-hüdudu olmadı. Bir birimizi təbrik edib gözaydınlığı verirdik. Çünki, evimizə istilik, hərarət gəlirdi.
Ancaq bu gün nə o istilik var, nədə ki, o hərarət. Yenə də çoxumuz odun peçinə möhtacıq.
Verilən qaz yox dərəcəsindədir. Qazın təzyiqi o qədər aşağıdır ki, əlimizi belə isitmir.
Dönə-dönə rayon qaz istismarı sahəsinə gedirik. Heç kimi tapa bilmirik ki, dərdimizi deyək.
Ümidimiz sizədir, bəlkə siz bu soyuq havalarda biganə məmurları oyatdınız.
Əzizağa Babayev, Əlfaga Novruzov,
Dursunalı Nəsirov, Cavid Babayev,
Qasımbəyli kənd sakinləri