Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Sabirabad rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mütəmadi vətəndaşlarla səyyar görüş-qəbullar keçirilir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu Qaragüney kənd Yaradıcılıq evində Qaragüney kənd inzibati ərazi dairəsinə daxil olan Qaragüney və Dadaşbəyli kənd sakinləri ilə keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişlər.
RİH başçısı Siraqəddin Cabbarov ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən şəhid atası Nizami Zeynalov, Mehti Vəliyev, Əlikram Aslanov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.