Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bir daha bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, müharibədə qalib gəlmək siyasi həyatının missiyası idi və uğurla başa çatdı. Müharibədə qalib gəldik, ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Eyni zamanda, bu çağırış da edildi ki, Ermənistan sülh istəyirsə, ona nail olacağıq. Çünki Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdəki digər çoxsaylı milli azlıqlar kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına, yoxsa Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. Onlara seçim hüququnu veririk. Çünki onlar heç bir hüquqi icazə olmadan ya Ermənistan vətəndaşları, ya da heç kim tərəfindən tanınmayan dırnaqarası “Dağlıq Qarabağ Respublikası”nın vətəndaşları olaraq bizim ərazidə necə yaşaya bilərlər? Bu yanaşma legitim yanaşmadır, beynəlxalq təcrübəyə uyğundur. Bu yanaşma, həmçinin separatizmə qarşı mübarizə aparan bir çox Avropa ölkələrində gördüyümüz təcrübəyə uyğundur.
Azərbaycan hər addımında sülh tərəfdarı olduğunu nümayiş etdirir. Ermənistan isə himayədarlarının dəstəyinə arxalanaraq 30 illik işğal dövründə yaşananların təkrarlanmasına çalışır. Belə ki, işğalçı dövlət ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanması ilə bağlı keçirilən görüşlərdə sülh təklifini dəstəkləsə də, hələ də konkret addım atmaq istəmədiyi diqqətdən kənarda qalmır. Hansı ki, Azərbaycan sülh təklifinin uzun müddət masa üzərində qalmayacağını bəyan edib”.
Regionun inkişafında dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması əsasdır: “Bu baxımdan Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsünü dəstəkləməlidir. Prezident İlham Əliyev “Euronews” telekanalına müsahibəsində regionda baş verən proseslər, münasibətlərin normallaşdırılması, sülh üçün irəli sürülən təşəbbüslər haqqında geniş bəhs etdi. Bildirdi ki, əgər Ermənistan tərəfindən konstruktiv yanaşma görsək və ən vacibi isə əgər onlar ərazi bütövlüyümüzü mübahisələndirən bütün iddialarını kənara qoysalar, onda tezliklə, bəlkə də ilin sonunadək sülh variantını tapa bilərik”.
Dövlət başçısı İlham Əliyevin “Biz 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti güc hesabına bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi olduq” fikirlərinə söykənərək xalqımızın işğal dövründə yaşadığı faciələri, torpaqlarımızda törədilən vəhşilikləri, dağıntıları diqqətə çatdırıb: Bütün tikililər dağıdılmış, tarixi və dini abidələrimiz yerlə-yeksan edilmişdir. İşğaldan azad edilmiş ərazilərimiz bu vəhşiliklərin təqdimatıdır. Hazırda bu ərazilərimizdə dağıntıları genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Soydaşlarımızın dogma yurd-yuvalarına qayıdışları davamlı xarakter daşıyır. Belə ki, Zəngilanın Ağalı və Tərtər rayonunun Talış kəndləri sakinlərinə qovuşub. Laçın şəhərinə soydaşlarımızın qayıdışı mərhələli şəkildə davam edir. Bütün bunlar Azərbaycan xalqının nə qədər qurucu xalq olduğunu, yenilməzliyini, məğrurluğunu nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsi ermənilərin yaratdığı bütün mifləri dağıtdı.
Elsevər Xancanov,
Sabirabad RİH başçısının Həşimxanlı kənd İƏD üzrə nümayəndəsi