• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabad rayonunda 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda kitab sərgisi keçirilib

  • 17.10.2023, 18:00, Baxış sayı:
  • 66
Sabirabad rayonunda 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda kitab sərgisi keçirilib

2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və dövlət müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Sabirabad Peşə Liseyində "Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur" mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi keçirilib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə şagirdləri təbrik etdi, Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini vurğuladı.
Qeyd olundu ki, Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatımız gücləndi, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi.
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter