• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sabirabadda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Azərbaycan durduqca, Heydər Əliyev var olacaq" mövzusunda tədbir keçirilib

  • 06.04.2023, 12:44, Baxış sayı:
  • 146
Sabirabadda Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Azərbaycan durduqca, Heydər Əliyev var olacaq" mövzusunda tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar Sabirabad Heydər Əliyev Mərkəzində silsilə tədbirlərin keçirilməsi davam edir.
Müasir Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, görkəmli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illik Yubileyi münasibətilə Sabirabad rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan durduqca, Heydər Əliyev var olacaq" adlı tədbir keçirilib, ekskursiya saatı aparılıb.
Tədbirdə Kürkəndi kənd ümumi orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canından keçən Vətən övladlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib.
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə çıxış edərək bildirib ki, bu il mayın 10-da Ulu Öndərin 100 illiyi tamam olur. Heydər Əliyev Azərbaycan xalqının ürəyində, Azərbaycan dövlətçiliyində xüsusi iz buraxan şəxsiyyətdir. O, Azərbaycanı ən qabaqcıl ölkələrdən birinə çevirib. Prezident İlham Əliyev bu gün Heydər Əliyevin siyasətini davam etdirir. Xüsusilə, Qarabağ və Şuşa ilə əlaqədar Ulu Öndərin vəsiyyətini, arzusunu məhz Prezident İlham Əliyev həyata keçirdi. Ulu Öndər Heydər Əliyevin siyasəti nə qədər müdrik və uzaqgörəndir.
Azərbaycan xalqı həmişə Heydər Əliyev irsindən faydalanacaq.
Azərbaycan deyəndə Heydər Əliyev, Heydər Əliyev deyəndə Azərbaycan yada düşür.
Ulu Öndərin bir sözü var, deyir ki, Azərbaycan durduqca mən var olacam!
Bizdə deyirik, Azərbaycan durduqca, Heydər Əliyev var olacaq!
Azərbaycan əbədiyyən var olacaq və həmişə Azərbaycan xalqının yaddaşında Heydər Əliyev yaşayacaq!
Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin ömür yolundan bəhs edən film izlənilib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter