Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə İlqar Qasımov adına Qaragüney kənd 2 saylı tam orta məktəbində gənclərlə görüş keçirilib.
Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə hakimiyyətə gəlişi Azərbaycan dövlətçiliyinin əsasını qoydu" mövzusunda keçirilən tədbirdə əsas məqsəd gənc nəsli Ulu Öndər Heydər Əliyevin ideyaları ruhunda, zəngin irsi işığında tərbiyə etməkdir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Azərbaycan gəncliyinə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı bəhs edilib.
Tədbirin sonunda xatirə fotosu çəkdirilib.