Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il "Heydər Əliyev İli" çərçivəsində Sabirabad Dövlət Sosial İqtisad Kollecində "Əbədi Yaşar İnsan" mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısında göstərdiyi misilsiz və tarixi xidmətlərindən bəhs edən kitab sərgisi nümayiş olunub. Dərsdə III kurs tələbələri iştirak edib.
İlk öncə Ulu Öndərimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı və suverenliyi uğrunda erməni işğalçılarına qarşı gedən savaşda canından keçən qəhrəman şəhidlərimizin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını dünyaya tanıdan, xalqımız üçün çox böyük xidmətlər göstərən, ölkəmizin adını bəşər tarixinə qızıl hərflərlə yazdıran, xalqımızın böyük oğlu - Dahi Şəxsiyyətdir.
Dahi Şəxsiyyət Heydər Əliyevin qurucusu olduğu güclü və müasir bir ölkə olan Azərbaycanın vətəndaşı olmağımızla fəxr edir, qürur duyuruq. Heydər Əliyev həyatı boyu hansı məqamda və vəzifədə olmağından asılı olmayaraq ürəyi daim Azərbaycanla döyünüb.
Səlmi Mehtiyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının qəlbində zamanla ölçülə bilməyəcək bir ömür əbədilik qazandığını və Heydər Əliyevin həyatı və fəaliyyətinin gənclərimiz üçün əsl məktəb olduğunu, hər kəsin bu məktəbdən bəhrələnməyinin vacibliyini vurğulayıb.