Aysu və Sadiqin əlil arabası ilə təmin olunub
- 25.10.2023, 17:28, Baxış sayı:
- 201
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad şəhər sakini Əhədov Ülvi İsfəndiyar oğlu ailəsində iki əlilliyi müəyyən olunmuş övladlarının – Aysu və Sadiqin əlil arabası ilə təmin olunması üçün Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinə müraciət etmişdir. Bununla bağlı “Yeni həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılovaya maraciət olundu.
Ailənin arzusu qısa müddətdə həllini tapdı. Yeniyetmələr əlil arabası ilə təmin olundular.