• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Əlil uşaqların sevincinə səbəb olmağa çalışırıq

  • 03.12.2021, 09:44, Baxış sayı:
  • 389
Əlil uşaqların sevincinə səbəb olmağa çalışırıq
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli Lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır.[/b][/i]
Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. XX əsrin sonlarında öz müstəqilliyini bərpa etmiş və hüquqi-demokratik dövlət quruculuğu yolunu tutan ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əhalinin bütün kateqoriyalarının, o cümlədən, əlilliyi olan şəxslərin hüquqlarının təmini və müdafiəsi istiqamətində bir sıra mütərəqqi islahatlar həyata keçirilib. Müasir dövrümüzdə bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir.
Ölkə Prezidentinin 2006-cı il 28 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planında, eyni zamanda, 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında əlilliyi olan şəxslərlə bağlı müddəaların olması dövlətimizin bu qəbildən olan təbəqəsinin hüquqlarının təmin edilməsini daim diqqət mərkəzində saxladığını göstərir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət və qayğısının növbəti təzahürü oldu. Dövlət başçısının müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 28 yanvar 2019-cu il Sərəncamı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da əlillərin problemlərini daim diqqətdə saxlayır. Əlillərin cəmiyyətə inteqrasiyası, onların istedadlarının üzə çıxarılması, inkişaf etdirilməsi və əməklərinin qiymətləndirilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlərin miqyası genişlənib. Belə ki, kor və zəif görən uşaqlar üçün İKT-yə çıxışın təmin edilməsi layihəsi üzrə BMT ilə əməkdaşlıq sazişi imzalanmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsi üçün müxtəlif bölgələrdə Regional İnformasiya Mərkəzləri yaradılıb.
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi də bu istiqamətdə işlərini günün tələbləri səviyyəsində qurmağa çalışır. Mərkəz qeydiyyatında olan xüsusi qayğıya ehtiyaclı uşaqlara, sağlamlıq imkanları məhdud insanlara qayğısını əsirgəmir. Mərkəz il boyu bütün əlamətdar və tarixi günlərdə əlil üzvü olan ailələrə baş çəkir, ərzaq yardımı göstərir, az da olsa uşaqların sevincinə səbəb olmağa çalışır.
Uşaq və Ailələrə Dəstək Mərkəzi yarandığı gündən aztəminatlı ailələrə qayğısını əsirgəməyərək istər sosial, istər psixoliji köməklik göstərməkdə davam edir. Hər il olduğu kimi, bu ilin 3 Dekabr Əlillər Günündə də xüsusi tədbirlər hazırlanıb həyata keçiriləcək.
Əgər uğura aparan yolda uşaqların ruhu və düşüncələri sağlamdırsa, o zaman heç bir fiziki əngəl onları getdiyi düz yoldan geri döndərə bilməyəcək. Biz uşaqlarımızı bu ruhda tərbiyələndiririk.
[b]Ruhəngiz ƏLİYEVA,
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter