Azərbaycan Respublikasının Uşaq Fondu uşaqların təlim - tərbiyəsi, sağlamlıqlarının qorunması, eləcə də xəstə, əlil və valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi sahəsində bir çox tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Uşaq Fondu öz fəaliyyətində BMT - nin “Uşaq hüquqları haqqında” Konvensiyasını rəhbər tutur. Fond valideyn himayəsindən mərhum olan uşaqların müdafiəsi haqqında qanunun hazırlanmasında və qəbulunda da yaxından iştirak edib. Hazırda təşkilatın mərkəzi idarəsi və yerli şöbələri öz fəaliyyətində BMT-nin məlum konvensiyasından əlavə, bu qanunlara əsaslanır.Azərbaycan Uşaq fondu Beynəlxalq Uşaq Fondları Assosiyasının üzvüdür.
Azərbaycan Uşaq Fondu Sabirabad rayon şöbəsi 2006-cı ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı ildən indiyədək yuxarıda göstərilən missiyanı yerinə yetirir. Fond hazırda imkanlı şəxslərin, xeyirxah insanların dəstəyi ilə maliyələşir.
Hər il müxtəlif aksiyalar təşkil edirik. Bu il isə bələdiyələrin maddi dəstəyi ilə “Şəhid ailələri bizə əmanətdir” adlı aksiya keçirilir. Aksiyada Sabirabad bələdiyyəsinin sədri Kamran Mirzəyev xüsusilə fərqlənmişdir. O, dörd şəhid ailələrinin övladlarına 600 manat məbləğində maddi yardım etmişdir.
Nizami kənd, Əliləmbəyli, Moranlı, Muğangəncəli , Qasımbəyli bələdiyyələrinin sədrləri Qeyrət Şükürov, Mais Tarverdiyev, Adəm Mansurlu ,Qabil Əliyev, Cəmil Məmmədov şəhid ailələri övladlarının məktəbli geyimi və ləvazimatları ilə təmin olunmasında maddi kömək göstərmişlər. Onlar bu cür aksiyaların keçirilməsinin zəruriliyini qeyd etmiş, hər zaman şəhid və aztəminatlı ailələrin övladlarına dəstək olcaqlarını bildirmişlər. Qeyd etmək lazımdır ki, bu aksiyadan kənarda qalan bələdiyyələr də vardir. Qalağayın, Minbaşı, Azadkənd və sair bələdiyyələr də inarıq ki, bu aksiyaya qoşulacaqlar.
Məleykə Ağayeva,
Azərbaycan Uşaq Fondu Sabirabad rayon şöbəsinin sədri