Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqlar üçün tədbir təşkil olunub
- 07.06.2022, 07:58, Baxış sayı:
- 484
Facebook
Вконтакте
Одноклассники
Google+
Uşaqların Beynəlxalq Müdafiəsi Günü 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalamışdır. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunmuşdur.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, fond xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi (UADM) xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunması, sağlamlıqlarının qorunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirir. 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Şirvan Regional Vəkillər Bürosunun təşkilatçılığı ilə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı musiqili əyləncəli tədbir keçirilib.
Mərkəzin direktoru Səbinə Əliyeva bildirib ki, tədbirdə Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, Şirvan Regional Vəkillər Bürosunun vəkilləri, Şirvan İnstrumental musiqi heyəti, mərkəzin qeydiyyatında olan sağlamlıq imkanları məhdud uşaqlar, saç ustaları və şən klounlar iştirak ediblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.
Mərkəzin direktoru belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.