• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Müharibə əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub

  • 23.08.2023, 21:40, Baxış sayı:
  • 190
Müharibə əlillərinə və şəhid ailələrinə  yüksək dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub
Ulu Öndər Heydər Əliyev yalnız öz həyatını yaşamadı, günəş kimi həyatverici şüalarını, istisini, hərarətini Azərbaycanın müstəqilliyi, əbədiliyi və xoş gələcəyinə yönəltdi. Onun siyasətinə bir insanın yox, bütün azərbaycanlıların ürəyi döyünürdü, yaddaşına bir insan yox, bütün azərbaycanlıların ömrünün mənası hopmuşdu. O, bir insanın rahat , xoşbəxt, qayğısız ömrünü yox, milyonların qayğılı həyatını yaşadı.
Ümummilli Lider Heydər Əliyev öz xalqının, vətəninin xoşbəxtlyi və azadlığı uğrunda canından belə keçməyə hazır olan fədakar insan idi. Belə şəxsiyyətləri tarix nadir hallarda yetişdirir və onların zəngin həyat təcrübəsindən mütəmadi bəhrələnmək hər bir insana uğur gətirər.
Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında, yüksək ideyalar carçısı idi. Ən müqəddəs idealı Azərbaycanı azad, firavan və qüdrətli ölkəyə çevirmək idi. O bu amal yolunda ömrünü şam kimi əritdi. Azərbaycanı yaşadan, xalqı üçün yaşayan, hamımızın qəlbində əzəmətli bir abidə quran əyilməz, qüdrətli liderimiz Heydər Əliyev bu sözləri demişdir:“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm. Bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur. Vətənimə, xalqıma millətimə hədsiz məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”.
Heydər Əliyev güclü siyasətçi, mahir diplomat idi. Müdrik sərkərdə idi. Heydər Əliyev ideyalarının əsas bütöv məqsədi, məqamı Azərbaycanın əbədi azadlığı idi.
Ulu Öndər Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr edib, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edib.
Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır və bu siyasətin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım olub. Həmin Fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verilib. Məhz bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlətimizin başçısının bu istiqamətdə müvafiq Fərman və sərəncamlar imzalaması əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Əlil və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindəndir.
Müstəqil Azərbaycan dövləti hər zaman hər bir çətin anda vətəndaşının yanında olmuş, dövlət tərəfindən vətəndaşa hərtərəfli qayğı göstərilmiş, bu siyasət bu gündə davam etdirilir.
Ölkəmizdə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən vətən uğrunda şəhid olmuş oğulların ailə üzvlərinə qayğının göstərilməsi, şəhid ailələrinin üzvlərinə şəhid övladına qanunla bir çox imtiyazların verilməsi sosial-iqtisadi mənafelərinin maddi vəziyyətlərinin yaxşılaşması üçün fundamental sosial siyasi ənənənin bünövrəsi qoyulmuş bu siyasət dövlətin daim nəzarətində olmuşdur.
Qeyd etmək istəyirəm ki, Qardaşım mayor Şahlar Cəfərov ehtiyatda olan zabit idi. Mən də polkovnik-leytenant kimi ordudan tərxis edilmişdim. Səfərbərlik olanda döyüşə yollandıq. Bundan başqa, Şahların böyük oğlu Seyfi Cəfərli də döyüş əməliyyatlarında iştirak etmişdir. Qardaşım döyüşlərdə qəhrəmancasına şəhid oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuz illik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Ağdamda, Laçında, Kəlbəcərdə, Şuşada dalğalanır. Şəhidlərin qanı yerdə qalmadı. İndi onların ruhu şaddır...
Bu gün də ölkə başçısı Prezident cənab İlham Əliyevin göstəriş və sərəncamına əsasən vətənin müdafiəsi uğrunda şəhid olmuş minlərlə oğullarmızın xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənarda qalmır. Bu bir növ insan kapitalına verilən ən böyük dəyər kimi başa düşülməlidir.

Müharibə əlillərinə və şəhid ailələrinə  yüksək dövlət qayğısının əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub
Bahadur CƏFƏROV,
RİHB-nin Qaragüney kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter