• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqətə görə minnətdarıq

  • 09.01.2022, 23:20, Baxış sayı:
  • 535
Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqətə görə minnətdarıq
Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir.
Dövlət tərəfindən şəhid ailələrinin və qazilərin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq mənzillər, yeni avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Belə dəstək tədbirlərindən biri də bu günlərdə parlamentdə müzakirə edilərək qəbul olunan Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb. Məcəlləyə edilən dəyişikliklərlə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib. Belə ki, dəyişikliklə Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib. Digər bir dəyişiklik isə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsi gəlir vergisindən azad olunublar.
44 günlük Vətən müharibəsindəki Zəfərdən sonra Azərbaycan işğaldan azad etdiyi torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Qeyd edək ki, bu işlər heç bir xarici dəstək alınmadan Azərbaycan dövlətinin öz hesabına görülür. Ərazilərini bərpa edən bir ölkə üçün büdcəyə qənaət çox mühümdür. Ancaq buna baxmayaraq, Azərbaycanda qəhrəman oğullarımızın və onların ailələrinin rifahı hər zaman dövlət başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu günə kimi qazi və şəhid ailələrinə göstərilən dəstək və vergi güzəştləri də bunun bariz nümunəsidir.
Onu da qeyd edək ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər kəsə yaxşı məlumdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Dövlətin hər zaman şəhid ailələrinə, qazilərə və veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarıq.

İlkin GÖZƏLOV,
II Qarabağ müharibəsi qazisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter