• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Jurnalistlərimiz Vaqif Qurbanovun etdiyi yaxşılığı heç vaxt unutmurlar

  • 04.08.2023, 15:15, Baxış sayı:
  • 343
Jurnalistlərimiz Vaqif Qurbanovun etdiyi yaxşılığı heç vaxt unutmurlar
Hər il Azərbaycan Milli Mətbuat Günündə sevincimizə şərik olub bizi hamıdan öncə təbrik edənlər arasında media işçilərinin əməyini yüksək qiymətləndirən, bu bayrama xüsusi diqqət yetirən, hətta maddi yardım etməyi belə unutmayan Vaqif Qurbanov da vardır.
Sayılıb-seçilən ziyalılardan olan “Muğansutikinti” MMC-nin təsisçisi, Əməkdar mühəndis Vaqif Qurbanov olduqca xeyirxah insandır. Bu xeyirxahlıq ona rəhmətlik atasından keçmişdir. Atası da xeyirxah, haraya çatan adam olub. Ağayar Qurbanov sağlığında hörmət və izzət qazanaraq cismani yoxluğundan sonra da çoxlarının xatirələrində əbədi yurd salmışdır. Bu gün də o, gözəl insan, sədaqətli dost, qayğıkeş ailə başçısı, təcrübəli mütəxəssis kimi xatırlanır.
Jurnalistlərimiz Vaqif Qurbanovun “Muğanın səsi” qəzeti redaksiyasının kollektivinə etdiyi yaxşılığı heç vaxt unutmurlar. O, 2003-cü ildə, Milli Mətbuat Günü ərəfəsində qəzetin redaksiyasının köhnə, yararsız hala düşmüş binasını daxili imkanları hesabına əsaslı təmir etdirmişdir. Vaqif Qurbanov həmin il Milli Mətbuat Günü münasibətilə təbrikə gələndə qəzet materiallarının yığılıb səhifələnməsi üçün gərək olan bir dəst kompüter avadanlığını da bizə ərməğan etmişdir.
Çətin anda bizə etdiyiniz yaxşılıqlara görə kollektivimiz adından media təəssübkeşi kimi Sizə dərin təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, səadət və xoşbəxtlik, quruculuq işlərinizdə, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq! Allah qorusun Vaqif Qurbanovu.

“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter