• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Vaqif Poeziya Günləri”ndə qazilər şeir dedi

  • 15.07.2022, 08:41, Baxış sayı:
  • 549
“Vaqif Poeziya Günləri”ndə qazilər şeir dedi

“Vaqif Poeziya Günləri”nin rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimi Heydər Əliyev Fondunun Molla Pənah Vaqifin Şuşada bərpa etdiyi muzey-məqbərə kompleksinin qarşısında baş tutub.
Öncə “Vaqif Poeziya Günləri”nin tarixini əks etdirən videoçarx nümayiş olunub. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açılış nitqi ilə çıxış edib:
“Təbiət canlı varlıqdır və o da sevinc və həsrəti duyur. 30 il Şuşanın dağları, meşələri, dumanları, bulaqları muğam həsrəti ilə yaşayıb, doğma dildə şeir həsrəti ilə yaşayıb. Xoşbəxtlikdən bu nisgil sona yetdi. Bu gün Cıdır düzü Azərbaycanın ən möhtəşəm konsert salonudur.
Bu gün Vaqif məqbərəsinin önü Azərbaycanın ən yüksək şeir kürsüsüdür. Təsadüfi deyil, hörmətli Prezidentimizin ilk fərmanlarından biri Şuşanın – Vaqifin, Natəvanın, Nəvvabın, Cabbarın, Üzeyirin, Bülbülün Şuşasını “Azərbaycanın mədəniyyət paytaxtı” etmək oldu. Artıq ilk günlərdən Şuşada şeir tədbirləri, musiqi tədbirləri keçirilir. Biz Şuşaya, vandallar tərəfindən dağıdılmış, viran olunmuş küçələrə, evlərə, çöllərə sənət, musiqi, mədəniyyət gətiririk”.
Daha sonra “İgidlərin sözü” kompozisiyasında qazi şairlərin muğamın müşayiəti ilə çıxışları olub.
Görkəmli şairlərin “Odlar yurdum Azərbaycan” vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirləri səsləndirilib.
Tədbirdə çıxış edən yazıçı Rəşad Məcid isə “Vaqif Poeziya Günləri”ndə xatirələrindən danışıb. O, qeyd edib ki, Şuşa haqqında ən gözəl sözləri deyən insanlar onun doğmalarına çevrilib: “İşğal illərində tez-tez Anar müəllimin, Polad Bülbüloğlunun, Toğrul Nərimanbəyovun, Fərhad Bədəlbəylinin Şuşa haqqındakı fikirlərini səsləndirirdim”.
O, vurğulayıb ki, ötən əsrin 80-ci illərindən gənc şeir həvəskarı kimi “Vaqif Poeziya Günləri”ndə iştirak edib.
R.Məcid çıxışında Ali Baş Komandan İlham Əliyevə, Şuşanı işğaldan azad edən ordumuza təşəkkür edib. Burada olmaqdan qürur hissi keçirdiyini bildirib.
Bədii proqram tədbirdə iştirak edən şairlərin öz şeirlərini səsləndirməsi ilə yekunlaşıb.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter