• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır

  • 30.05.2023, 19:23, Baxış sayı:
  • 165
Sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır
Dövlət başçısı İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına reallaşdırdığı səfərlər mühüm məqamlarla yadda qaldı: “Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini qarşıladı. Dövlət başçısının hər bir səfəri Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir. Yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi, bu və ya digər obyektlərdə görülən işlərlə tanışlıq və sair kimi işlərin hər birinin cənab İlham Əliyevin nəzarətində olması hədəfə daha tez çatmağa stimul verir. Belə ki, laçınlıların bu ilin sonunda Laçına qayıdacaqları bildirilmişdir. Amma göründüyü kimi, işlər vaxtından əvvəl görüldü. Dövlət başçısı Laçın şəhərinə qayıdan əhali ilə görüşündə 2011-ci il dekabrın 24-də ad günündə laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşünü xatırladaraq bildirdi ki, həmin görüşdə gün gələcək Laçında daha gözəl evlər tikəcəyimizi bildirmişdim və o gün gəldi. O tarixdən cəmi 11 il sonra artıq Laçın şəhərində görüşürük. Bundan böyük xoşbəxtlik ola bilməz. İkinci Qarabağ müharibəsi əbədi qürur mənbəyimizdir. Bu Zəfər əbədi olacaq və gənc nəsil, uşaqlar bu Zəfər qüruru ilə yaşayacaqlar.”
Laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının təmin edilməsinin digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir: “1992-ci ilin mayında rayon işğal altına düşdü, 31 il sonra laçınlılar Laçına qayıtdı. Artıq 3 ildir ki, torpaqlarımızın işğal tarixlərini işğaldan azad edildikləri günlər əvəzləyib. Azərbaycan tarixi Zəfəri ilə bir daha torpağına sahib çıxan, bir qarış torpağını belə düşmənə verməyəcəyini sübut edən xalq olduğunu təsdiqlədi.”
“Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Ölkəmiz bunun reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir və bunu qarşı tərəfdən də tələb edir. Sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycanın diplomatik uğurlarının davamlılığının təsdiqidir. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi artıq sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşmasına işarədir. Dövlət başçısı İlham Əliyev Laçın əhalisi ilə görüşündə bu məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, indi artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb: “Əminəm ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər”,-deyə Əliabbas Salahzadə vurğulayıb.
Sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, sülh müqaviləsi imzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, rahat və təhlükəsizlik şəraitində yaşayacağıq.

Qabil Əliyev,
Sabirabad rayonu Muğan Gəncəli bələdiyyəsinin sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter