• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sülh naminə danışıqların aparılması labüddür

  • 06.10.2021, 23:40, Baxış sayı:
  • 374
Sülh naminə danışıqların aparılması labüddür
Azər QULİYEV,
Sabirabad rayon Təhsil Şöbəsinin müdir müavini

44 günlük Vətən Müharibəsinin başlamasından 1 il ötdü. 28 sentyabr tarixində “France-24” televiziya kanalına müsahibə verən cənab Prezident İlham Əliyev regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün dövlətimizin danışıqlar aparmağa hazır olduğunu bildirmişdir. Müharibə Azərbaycanın qələbəsi ilə bitmişdir. Çünki Ermənistan işğal altındakı rayonları boşaltmağa razı olmuşdur. İndi də Ermənistanın şansı var və vasitəçi ölkələrdə özlərini tərəfsiz aparmalıdırlar.
Azərbaycan-Fransa arasında münasibətlərə də toxunan dövlət başçımız iki ölkə arasında hər zaman əlaqələr uğurla davam etdiyini və iqtisadiyyat, ticarət, infrastruktur sahəsində layihələr həyata keçirildiyini qeyd etmişdir. Lakin, II Qarabağ müharibəsi zamanı Fransa hökümətinin Azərbaycana qərəzli yanaşmalarının narahatlıq doğurduğunu bildirən Prezident İlham Əliyev mövzu ilə bağlı “Bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır” ifadələrini qeyd etmişdir.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları absurddur. Onlar hələ də iddia edirlər ki, “Dağlıq Qarabağ” Azərbaycana məxsus deyil. Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.
Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.
Sözsüz ki, Azərbaycan hər zəman sülh tərəfdarı olmuş bir ölkə olaraq təhlükəsizliyin və sabitliyin tərəfdarıdır. Ölkə başçımızın da müsahibə zamanı qeyd etdiyi kimi “Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter