• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Pandemiya dövründə bizə yardım edən yeganə ölkə Çin oldu

  • 27.07.2023, 00:21, Baxış sayı:
  • 172
Pandemiya dövründə bizə yardım edən yeganə ölkə Çin olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib və dövlətimizin başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb.
Müxtəlif sahələrə aid sualları cavablandıran Prezident İlham Əliyev öz müsahibəsində Azərbaycan – Çin arasındakı dostluq və əməkdaşlıq əlaqələrinə geniş yer ayırıb. Ölkə başçımız xarici siyasət prioritetlərinə toxunarkən Azərbaycan və Çin siyasətləri arasında və istənilən digər istiqamətdə bir çox oxşarlıqların olduğunu bildirib. Qeyd edib ki, “Son zamanlar bizim münasibətlərimiz daha da intensivləşib və əlbəttə, mənim cənab Si Cinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda, daha aşağı səviyyədə, dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında olan təmaslar da xüsusi əməkdaşlıq formatını yaradır”. İkitərəfli əlaqələrin gələcəyindən danışarkən cənab bildirib ki, Azərbaycan və Çin arasında yekdil siyasət vardır. Bir daha təsdiq edib ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaqdır.
Prezident İlham Əliyev Çin Xalq Respublikasınını Prezidenti Si Cinpinlə görüşlərinə toxunaraq bildirdi ki, “Mənim Prezident Si Cinpinlə həm Çində, həm də beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmək imkanım olub. Ona dərin ehtiramım var. Onun uzaqgörənliyi, zəkası, səmimiliyi və ikitərəfli münasibətlərimiz barəsində geniş məlumatlı olması məndə hər zaman dərin təəssürat yaradıb. Çünki qlobal bir güc olaraq Çinin çox geniş xarici siyasət gündəliyi var və həmin gündəlik təbii olaraq Azərbaycanın gündəliyindən daha genişdir”.
Qeyd edilib ki, Çin rəhbəri cənab Si Cinpin Prezident Si Cinpin İnsan olaraq o, çox mehriban, hörmətcil və səmimi adamdır və şəxsən mən onunla təmasdan çox razıyam. O, olduqca məsuliyyətli şəxsdir və çox uğurlu xarici siyasət bunun nəticəsidir. Dünyada Çinin dostlarının sayı ildən-ilə artır və bu, məhz Si Cinpin həyata keçirdiyi müdrik siyasətin nəticəsidir.
Müsahibəsində bir neçə il öncə dünyanı bürüyən COVİD-19 pandemiyası zamanı Çinin və onun rəhbəri cənab Si Cinpin Azərbaycana olan köməyini xüsusi olaraq vurğulayan ölkə başçımız bildirib ki, “COVID-19 başlayanda biz peyvəndlərin olmaması səbəbindən böyük çətinliklərlə üzləşdik və bu məsələdə bizə yardım edən yeganə ölkə Çin oldu. Mən Prezident Si Cinpinə yardım ilə bağlı məktub yazdım, məsələyə dərhal cavab verildi və peyvəndlərin ilk həcmi – bir milyon doza təqdim edildi. Biz vaksinasiyaya yanvar ayının ortalarında, dünyada ilk sıralarda başladıq. Bu isə onun yardım göstərmək siyasətindən qaynaqlanırdı. Biz bunu necə unuda bilərik?!”
Çinin bu nümunəsi onun Azərbaycanla bağlı siyasətini nümayiş etdirdi. Həmin vaxtlarda bəzi Qərb dövlətləri lazım olduğundan 5 dəfə artıq həcmdə peyvənd tədarük edirdilər və bununla da peyvənd istehsal etməyən, buna çıxışı olmayan ölkələri vaksinasiyadan məhrum etdilər. Onlar peyvənd millətçiliyi nümayiş etdirdilər. Müsahibə zamanı xususi olaraq qeyd edildi ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq peyvənd millətçiliyinə qarşı ictimai şəkildə mübarizə aparan ölkələrdən biri idi. Azərbaycan Prezidentinin səyləri ilə bir çox ölkələrə pulsuz vaksinlər göndərildi, minlərlə insan ölümdən xilas edildi.

Yaqub Tağıyev,
Sabirabad rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter