"Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyirik" - Si Cinpin
- 16.09.2022, 10:03, Baxış sayı:
- 318
Facebook
Вконтакте
Одноклассники
Google+
"Çin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib.
Dövlət başçısı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib və Azərbaycanın da Çinin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.
Si Cinpin bildirib ki, dövlətlərin işlərinə qarışmamaq vacib prinsipdir.