• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Çin əlaqələri hər iki dövlətin marağına uyğundur

  • 26.07.2023, 18:12, Baxış sayı:
  • 140
Azərbaycan-Çin əlaqələri hər iki dövlətin marağına uyğundur
22 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlan Çinin “China Media Group” media korporasiyasına müsahibəsində ökləmizdə gedən bir çox prosseslərə, xarici və daxili siyasət, idman, nəqliyyat, Azərbaycan və Çin arasında dosluq və əməkdaşlıq əlaqələrinin inkişafı və s. məsələlərə toxunuldu.
Çinli jurnalistin suallarını ətraflı cavablandıran Prezident İlham Əliyev iki ölkə arasında gələcək əməkdaşlıq əlaqələrindən də danışdı. Eləcə də, müsahibədə müasir Azərbaycanın qurucusu və Çin-Azərbaycan dostluğunun təməlini qoyan ulu öndər Heydər Əliyevin fəaliyyətindən danışıldı və bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin geniş qeyd edildiyi vurğulandı. Əslində, Ulu Öndər Heydər Əliyev Çin üçün tanımadığı ölkə deyildi. Ulu Öndər müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi. SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən ulu öndər Çin nümayəndələri ilə bir çox görüşlər keçirib.
Ümummilli Lider Çinin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Artıq müstəqil Azərbaycanın Prezidenti seçiləndən sonra isə onun əsas xarici siyasət prioritetlərindən biri Çinlə ikitərəfli münasibətlər qurmaq idi. O vaxtlar ulu öndər Heydər Əliyev Çinə rəsmi səfərdən böyük təəssüratla qayıtmışdı. Nəhayət, bizim ikitərəfli münasibətlərimizin bünövrəsi həmin tarixi səfər nəticəsində qoyuldu və həmin vaxtdan onların dinamik inkişafı üçün mühüm potensial vardır.
Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən edib. Əlbəttə, 30 il ərzində dünya dəyişib, lakin ölkəmizin başlıca məqsədləri dəyişməz olaraq qalıb. Bura dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı aiddir.

Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter