• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

“Xalqa bağışlanan ömür”

  • 06.07.2023, 19:16, Baxış sayı:
  • 136
“Xalqa bağışlanan ömür”
“Xalqa bağışlanan ömür”
Sabirabad rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Qaratəpə kənd tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Xalqa bağışlanan ömür” adlı maarifləndirici görüş keçirilib.Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Nazim Sultanov, Sabirabad UADM-in sosial iş üzrə mütəxəssisləri Şamama Əbilova və Nicat Şıxıyev, Əmək qəhrəmanı, Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynova, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.Tədbirdə çıxış edənlər böyük siyasətçi və dahi tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən, Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda qadın və uşaq hüquqlarının qorunması, təbliğ olunması, uşaqlara olan diqqət və qayğıdan danışıblar.F.Hüseynova Ulu Öndərin Sabirabad rayonuna etdiyi tarixi səfərlərdən, bu səfərlərlə bağlı xatirələrindən söhbət açıb. Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, məktəblilərin ifasında şeirlər səsləndirilib. Tədbirdə 270 nəfər iştirak edib.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter