Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır
- 25.06.2023, 18:49, Baxış sayı:
- 151
Facebook
Вконтакте
Одноклассники
Google+
1990-cı illərin əvvəllərində Azərbaycanın demokratik transformasiya yolunda qarşılaşdığı ən əsas problem AXC-Müsavat hakimiyyətinin legitim olmaması və ölkədəki vəziyyətin xaotik olması idi. Ümumilikdə, total böhran cəmiyyətin və dövlətin modernləşməsinə əngəl törədirdi. Belə bir vaxtda ölkədə həqiqi demokratik ənənələrin bərpasına və vahid milli ideyaya ehtiyac var idi. Bu mənada, Ümumilli Liderin yenidən ölkə rəhbərliyinə qayıdışı, 1993-cü ilin iyununda prezident səlahiyyətlərini icra etməyə başlaması həm ölkədə demokratik ənənələrin bərpası, həm də ideoloji baxımdan xalqın bir bayraq altında birləşməsi demək idi.
Heydər Əliyevin nadir dövlətçilik qabiliyyəti onda idi ki, o ideoloji müştərəklikdən müstəqil, demokratik Azərbaycanın quruculuğunda məharətlə istifadə etmişdi. Məhz Heydər Əliyevin Azərbaycançılıq ideologiyası ictimai inkişafın varisliyini qoruyub saxladı.
Ölkənin yeni konstitusiyası qəbul edildi, yeni dövlət ideologiyası həm də iqtisadi inkişafı sürətləndirdi. Özündə sosial və liberal elementləri birləşdirən dövlət ideologiyası azad bazarın yaranması, milli iqtisadiyyatın inkişafı üçün zəmin yaratdı. Yəni, güclü dövlət və vahid ideologiya olmasa idi, cəmiyyət anarxiyanın hökmü altında əzilməyə məhkum idi.
Aydın idi ki, Azərbaycançılıq ideologiyası transformasiya dövrünü yaşayan cəmiyyətə çox yaxşı uyğun idi. Bu da qısa zamanda öz nəticəsini verdi. Tez bir zamanda cəmiyyət bərpa olundu, güclü bir cəmiyyətə çevrildi.
Əziz Mikayılov,
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında həkim-anestezioloq