• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

"Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi"

  • 13.04.2023, 15:10, Baxış sayı:
  • 396
 "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi"
 "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi"
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 2023-cü il - "Heydər Əliyev ili" çərçivəsində "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Konfransda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Ramin Məmmədov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, YAP fəalları, rayon ictimaiyyətinin və gənclərin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, böyük ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov bildirib ki, azərbaycançılıq təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları və ya etnik xalqları deyil, eyni zamanda, harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Eləcə də milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki bağlı olan, onun nüfuzunu uca tutan hər bir insan azərbaycançılıq ideologiyasının yaşadanına çevrilir. Vurğulanıb ki, Ulu Öndərin yürütdüyü siyasət nəticəsində azərbaycançılıq ideyası dövlət ideologiyasına çevrilib.
Daha sonra Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxışında qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev ağıllı, bilikli, güclü, öz dövlətini sevən, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacaran, milli adət-ənənələrinə sadiq olan, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənən, eyni zamanda, bəşəri dəyərləri mənimsəyən bir gənclik yetişdirmək istəyirdi. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsi nəticəsində belə bir nəsil yetişdi və Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi.
Digər natiqlərin çıxışlarında vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki, azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı.
Sonda “Heydər Əliyev və Azərbaycançılıq” filmi nümayiş olunmuşdur.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter