• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə komando hərbi hissələrinin açılması çox əlamətdar hadisədir

  • 26.06.2023, 08:43, Baxış sayı:
  • 201
Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə komando hərbi hissələrinin açılması çox əlamətdar hadisədir
Prezident, Ali Baş Komandan İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib və heyət qarşısında çıxışı zamanı çox mühüm məqamlara toxunub, önəmli mesajlar verib. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi peşəkarlıq və qəhrəmanlığından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs edib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirib ki, İkinci qarabağ müharibəsi bütün dünyaya Azərbaycan ordusunun gücünü göstərdi. Çünki bu gün ordumuz vahid proqramm əsasında fəaliyyət göstərir: "Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır. Mən bunu artıq demişəm, bir daha demək istəyirəm, bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür".
Bəli, bü gün Azərbaycanın Güclü ordusu Ali Baş Komandanın «Güclü ordu, güclü dövlət» konsepsiyasına uyğun fəaliyyət göstərir. Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə komando hərbi hissələrin açılması çox əlamətdar hadisə olmaqla, həm də orduda güclü, dəmir siyasətin olmasının təsdiqidir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi ki, Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır: "Bütün bunları və müasir döyüş əməliyyatlarını nəzərə alaraq yeni Komando Qüvvələrinin yaradılması mənim tərəfimdən qarşıya bir vəzifə kimi qoyulmuşdur və bu vəzifə uğurla icra edilir".
"Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. Beləliklə, biz öz döyüş qabiliyyətimizi əhəmiyyətli dərəcədə artırırıq və artıracağıq", - deyə dövlətimizin başçısı bildirib.
Zəfər qələbəmizdən iki il yarım keçməsinə baxmayaraq vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan rəhbərləri indi mənim sözlərimi təkrarlayırlar: "Qarabağ Azərbaycandır!" yəni, bütün bunlar bizim son iki il yarım ərzində apardığımız siyasətin nəticəsidir". Bu fikirləri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bildirdi və qeyd etdi ki, əgər son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında güclü siyasi iradə dayanmışdır, güc dayanmışdır, məntiq dayanmışdır, beynəlxalq hüquq dayanmışdır və hər növbəti addım əvvəlki addımın məntiqi davamı idi.

Vüsalə Həsənova,
5 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter