• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir

  • 25.06.2023, 00:42, Baxış sayı:
  • 134
Komando briqadalarının  yaradılması ölkəmiz üçün yenilikdir
Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda ən güclü orduya malikdir. Hazırda xarici hərbi ekspertlər də Silahlı Qüvvələrimizin həm yüksək mənəvi-psixoloji döyüş hazırlığını, həm də maddi-texniki təminatını ən yüksək səviyyədə qiymətləndirirlər. Vətən müharibəsindən sonra isə ordunun daha da modernləşməsi istiqamətində qarşıya yeni vəzifələr, tələblər qoyulub və bu gün həmin proses uğurla davam etdirilir.
Əslində, İkinci Qarabağ müharibəsi ordumuz üçün ən böyük sınaq oldu. İllərlə keçirilən təlimlər, alınan müasir silah-sursatlar, əsgər və zabitlərimizin hərbi texnikalardan yüksək səviyyədə yararlanmaları və ən başlıcası isə vahid komandanlıq sisteminin uğurlu nəticəsi dünyanı heyrətləndirdi. Məhz bu önəmli amillərin mövcudluğu imkan verdi ki, Ermənistanın illər ərzində işğal etdiyi torpaqlarımızı qısa müddətdə- cəmi 44 günə azad edək.
Bu gün Ali Baş Komandanımızın hərbi- siyasi istiqamətdəki əsas prioriteti böyük döyüş təcrübəsi toplayan Silahlı Qüvvələrimizin maddi-texniki bazasını ən müasir silah və sursatla təmin etməkdir. 44 günlük müharibədə tarixi Zəfərimizdən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat ölkəmizin Qələbəsini və hərbi üstünlüyünü təsdiq etməklə bərabər, təcavüzkar Ermənistanın kapitulyasiyasını da rəsmiləşdirdi. Həmin sənəddə göstərilib ki, erməni silahlı birləşmələrinin qalıqları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Lakin Ermənistan hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe göstərməklə Bəyanatın imzalanmasından keçən 2 il yarımdan artıq ərzində üzərinə götürdüyü öhdəliklərə əməl etməkdən boyun qaçırıb, qeyd edilən müddətdə dəfələrlə təxribat törədib. Məhz buna görə də ordumuz 2022-ci ildə bir neçə dəfə Ermənistanın hərbi təxribatlarına cavab olaraq mükəmməl qisas əməliyyatları keçirərək düşmənə ağır zərbələr vurmuşdu.
Son 2 il yarımda ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchizı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.
Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarından biri də komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.

Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter