• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın rəşadətli Ordusu öz gücünı bir daha nümayiş etdirdi

  • 16.09.2022, 19:12, Baxış sayı:
  • 301
Azərbaycanın rəşadətli Ordusu öz gücünı bir daha nümayiş etdirdi
Xalq olaraq məşhur bir deyimimiz var: Ordum varsa, yurdum var! Çünki dövlətin təməl prinsiplərindən biri qüdrətli ordusunun olmasıdır. Elə bu prinsip məqsəd götürülərək həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycanda güclü ordunun yaradılmasına nail olunub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu sahədə aparılan işlərin effektini dəfələrlə artırıb, ölkəmizin müdafiə qüdrətini daha da gücləndirib.
Bu gün Ali Baş Komandan İlham Əliyevin qətiyyət və ardıcıllıqla davam etdirdiyi ordu quruculuğu prosesi xalqımızın zəngin və şərəfli ənənələrini qorumaqla həyata keçirilməkdədir. Bu gün öz gücü və qüdrəti ilə seçilən, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirmək imkanına malik olan Azərbaycan Ordusu dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində müasir inkişaf səviyyəsinə gəlib çatdı. Bu gün xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılmışdır. Ölkə rəhbərliyinin bu sahəyə olan yüksək diqqət və qayğısının nəticəsidir ki, dünyada orduların reytinqlərini tərtib edən qurumlar bu gün Azərbaycan Ordusunun dünyanın güclü orduları sırasında olduğunu təsdiqləyirlər.
Son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq, hərbi quruculuq məsələləri də inkişaf etdirilir. Türkiyə, Pakistan, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq, ordumuzun texniki bazası gücləndirilib. Həmçinin daha hazırlıqlı qoşun növləri olan komando birliklərinin sayı artırılıb. Artıq bir neçə komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşən və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növlərindən ən optimalıdır. Komando qüvvələrinin tərkibində xidmət keçən hərbçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər kurslarında olur, bilik və bacarıqlarını daha da artırırlar.
Göründüyü kimi, Azərbaycan Ordusunun illərdir özünümüdafiə tədbirlərini gücləndirməsi, yüksək keyfiyyətli hərbi arsenalını və bilikli kadr ehtiyatlarını artırması 44 günlük Vətən müharibəsində öz nəticəsini göstərdi və hal-hazırda da göstərməyə davam edir. Milli Ordumuz 44 gün ərzində apardığı uğurlu müharibə ilə nəinki postsovet məkanında, o cümlədən dünya miqyasında şöhrət qazanıb.
Bildiyimiz kimi, sentyabrın 12-dən 13-ə keçən gecə dövlət sərhədimizin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs növbəti dəfə pozuldu. Cavab olaraq Azərbaycan Ordusu tərəfindən gerçəkləşdirilən və cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanın qurduğu planlar bir daha alt-üst edildi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım milyard ABŞ dollarından artıq olan iki S-300 zenit-raket kompleksi, 200 nəfərdən artıq canlı qüvvə, müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri vizual və atəş nəzarətinə götürüb. Bununla da düşmənin ölkəmizə qarşı hər hansı real təhlükə imkanları yox edilib.
Vətən sevgisini öz canından artıq bilən daha 71 nəfər qəhrəman əsgər və zabitimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar. Canlarını doğma Azərbaycan uğrunda qurban verən şəhidlərimiz həm düşmənə, həm də bütün dünyaya nümayiş etdirdilər ki, bu böyük xalqın qəhrəmanları hər zaman olub, bundan sonmra da olacaq.
Düşmən anlamalıdır ki, bu gün Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz qüdrəti ilə seçilən güclü ordusu, layiqli dost və tərəfdaşları var. Bu gün baş verən hadisələr 2020-ci ildə baş verən Tovuz hadisələrini xatrılatsa da, həmin dövrdən fərqli olaraq biz ərazi bütövlüyümüzü təmin etmişik, işğal altındakı sərhəd rayonlarımızda indi qəhrəman sərhədçilərimiz, əsgərlərimiz Vətənin keşiyində dayanıblar və düşmənin istənilən təxribatlarına layiqli cavab vermək gücündədirlər.
Biz ordumuzla qürur duyuruq!

Füzuli Paşayev,
Qarabağ Əlilləri İctimai Birliyi Sabirabad rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter