Sabirabad şəhərinin mərkəzi meydanında Sabirabad Rayon İcra Hakimiyyətinin, YAP Sabirabad Rayon Təşkilatı və Sabirabad Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə müasir Azərbaycan tarixində əlamətdar günlərdən biri olan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub.
Əvvəlcə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, YAP Sabirabad Rayon təkilatının sədri Varis Rüstəmov, RİHB-nin müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və Qarabağ qaziləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyətin nümayəndələri mərkəzi meydanda ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.
Bayram konsertində çıxış edənlər bildirdilər ki, hər il təntənə ilə qeyd olunan 15 İyun - Milli Qurtuluş Günü xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil olmaqla, Milli Qurtuluşumuzun təməlini qoymuşdur. Azərbaycanın bu gün bütün dünyada özünəməxsus milli-mənəvi keyfiyyətlərə, adət-ənənələrə, mədəni dəyərlərə malik ölkə, qüdrətli sənaye respublikası, yüksək intelektual səviyyəsi, bütün müsəlman şərqinə örnək olan müstəqil ölkə kimi tanınması məhz Ümumilli Lider Heydər Əliyevin misilisiz fəaliyyətinin nəticəsidir. Heydər Əliyev Azərbaycan xalqı üçün elə bir ideologiya müəyyənləşdirmişdir ki, onun müəllifi olduğu azərbaycançılıq ideologiyası həm Azərbaycanda, həm də bütün dünyada yaşayan soydaşlarımızın ümummilli mənafelər çərçivəsində hərtərəfli inkişafı üçün fundamental baza rolunu oynamışdır. Müstəqil dövlət quruculuğu kimi mürəkkəb bir vəzifənin öhdəsindən gəlmək qabiliyyəti olmayan o vaxtkı iqtidar milli mənafelərə zidd siyasətləri ilə özlərini gözdən salmışdıılar. Respublikada mövcud vəziyyət son dərəcə gərginləşmişdi. Məhz belə bir dövrdə Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Çıxılmaz vəziyyətə düşən o vaxtkı hakimiyyət ümidlərini yalnız Heydər Əliyevin zəkasına, Heydər Əliyev dühasına və şəxsiyyətinə bağladılar. 1993-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev xalqın xahiş və təkidi ilə Bakıya gəldi. Azərbaycana olan sonsuz məhəbbəti onu belə bir addım atmağa vadar etdi. Xalq bilirdi ki, vətənimizi bu bəladan çıxarmağa qadir olan bir şəxsiyyət varsa, o da Heydər Əliyevdir. Qayıdışı ilə milyonların qəlbini sevinc nuru ilə rövnəqləndirən Heydər Əliyev iyunun 15-də əksər səs çoxluğu ilə Azərbaycan Respublikasının Ali Sovetinin sədri seçildi. Məhz həmin gün Azərbaycan dövlətçilik tarixinin ən parlaq səhifəsi yazıldı. Vətəndaş müharibəsi ilə üz-üzə qalan dövlətimizin tarixinə o gün Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev şəxsiyyəti Azərbaycan xalqı üçün sülh və əminamanlıq qarantına çevrildi.
Hazırda Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı getdicə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Xüsusilə 44 günlük müharibədə böyük zəfərimiz dövlətmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olmuşdur. Respublikamızın sosial-iqtisadi, mədəni-siyasi inkişafına öz töhfəsini verir. Biz əminik ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək, gələcəyə doğru inamla aparacaqdır.
Sonra mərkəzi meydanda rayonumuzun tanınmış incəsənət ustalarının bir-birindən maraqlı ifaları iştirakçılarda xoş ovqat yaradıb.