• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

İyunun 15-i xalqımızın və dövlətimizin qurtuluş tarixidir

  • 14.06.2022, 16:29, Baxış sayı:
  • 490
İyunun 15-i xalqımızın və dövlətimizin qurtuluş tarixidir
“Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır. Əgər buna nail ola bilsəm, mən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam”... Bu sözlər müasir, müstəqil dövlətimizin memarı və qurucusu, dünya azərbaycanlılarının milli iftixarı, dövlət quruculuğu müəllifi, ümummilli lider, xalqımızın ulu öndəri Heydər Əliyevə məxsusdur. Heydər Əliyev, sözün həqiqi mənasında uzaqgörən insan, müdrik rəhbər idi. Onun zəkası, dərin intellekti, yenilməz məntiqi, aydın nitqi, geniş dünyagörüşü hamıda heyrət doğururdu. Fenomen insan, hamının nümunə götürə biləcəyi tarixi şəxsiyyət idi.
Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.
Hər zaman xalqının təhlükəsizliyinin qayğısına qalan dahi lider Heydər Əliyev, məhz İyunun 15-də xalqın qurtuluşu missiyasını öz üzərinə götürərək, cəsarətli addımlar atdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmanın qarşısı alındı. Respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi.
Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu.
Bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. O da qeyd olunmalıdır ki, Prezidentimiz cənab İlham Əliyevin məhz, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuza malik olması, doğma Qarabağ uğrunda savaşda parlaq Zəfərimizin əsas şərti oldu.
Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar Şurasının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter