Ərdoğanın iki günlük Bakı səfəri: “Bu sazişin imzalanması vacibdir”
- 09.12.2020, 07:28, Baxış sayı:
- 497
Facebook
Вконтакте
Одноклассники
Google+
“Türkiyə Prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında hərbi müttəfiqliyə dair sazişin imzalanması vacibdir”.
“Muganinsesi.az” Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ADR Hərəkatının sədri Qubad İbadoğlu deyib.
“Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak etmək üçün Azərbaycana gəlir. Səfər iki gün davam edəcək.
Səfər çərçivəsində iki qardaş ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönələn sənədlərin imzalanması gözlənilir. Ümid edirəm ki, səfər çərçivəsində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı tərəfindən də təklif olunan, hərbi mütəffiqliyə dair saziş də imzalanacaq. Bundan başqa, ölkələr arasında gömrüksüz və azad ticarətin, milli valyutalar üzrə svop sazişinin imzalanması da vacibdir.
Türkiyə Prezidentinin Azərbaycan paytaxtından Ermənistana və Qarabağ müharibəsi zamanı ona havadarlıq edən riyakar mövqeli dövlətlərə birbaşa və açıq mesajlar ünvanlayacağı gözlənilir”, - Q.İbadoğlu qeyd edib.