• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dəyərlərimizə hər zaman sahib çıxmalıyıq-HEYDƏR ƏLİYEV

  • 16.06.2023, 22:53, Baxış sayı:
  • 155
Dəyərlərimizə hər zaman sahib çıxmalıyıq-HEYDƏR ƏLİYEV
Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycan kinosunun da böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi.
Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Xalqımızın mədəni həyatında yeni bir dövr isə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderin dediyi kimi: - “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. - Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.
Heydər Əliyevin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir.
Heydər Əliyev mədəniyyət və incəsənət xadimləri ilə görüşlərində çıxışları zamanı həmişə dahi ədiblərimizi Azərbaycanın qiymətli incilərindən sayıb və bu zənginliyimizin qədrini bilməyi, dəyərləndirməyi tövsiyyə edib.
Ulu öndər deyirdi: “Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər güclü təsir edən, yəni insanların mənəviyyatına, əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir göstərən başqa bir vasitə yoxdur”. Bəli, dəyərlərimizə hər zaman sahib çıxmalıyıq.

Leyla Fərəcova,
Sabirabad rayonu, Cavad bələdiyyəsinin üzvü
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter