Sabirabadda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi mövzusunda maarifləndirici tədbir keçirilib
- 26.05.2023, 14:43, Baxış sayı:
- 149
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq Mərkəzi Kitabxanada tədbir təşkil edilib.
“Müstəqilliyimizin qarantı Yeni Azərbaycan Partiyası” adlı tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Sabirabad rayonu üzrə mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Çıxış edən Telman Əzimov, Varis Rüstəmov və digərləri Ümummilli Lider Heydər Əliyevin yaratdığı partiyanın qısa müddət ərzində ümumxalq partiyasına çevrilməsindən, Yeni Azərbaycan Partiyasının xalqımızın taleyüklü poblemlərinin həllində müstəsna xidmətlərindən danışıblar, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursa sadiq qalan ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında partiyanın gələcəyə doğru inamla irəlilədiyini diqqətə çatdırıblar.