Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi
- 03.06.2023, 00:26, Baxış sayı:
- 151
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 31-də Bakı Konqres Mərkəzində Xəzər regionunun ən böyük tədbiri olan 28-ci Bakı Enerji Forumu çərçivəsində Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olmuşdur. Tədbirdə giriş çıxış edən Prezident İlham Əliyev Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və bu sahədə müəyyənləşdirilən yeni hədəflərlə bağlı fikirlərini bölüşmüşdür.
Tarixi həqiqətdir ki, Azərbaycanın uğurlu neft strategiyasının əsası ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyunundan etibarən ölkəmizə rəhbərlik etməyə başladığı dövrdən formalaşmağa başlamışdır. Belə ki, birinci Qarabağ savaşında atəşkəsin əldə edilməsi ilə respublikada siyasi və iqtisadi sabitlik təmin edilmiş, xarici sərmayələrin yatırılması üçün Azərbaycan cəlbedici ölkəyə çevrilmişdir. 1994-cü ildə Bakıda ilk neft-qaz sərgisinin keçirilməsi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaratdı. Həmin ildə imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin enerji ehtiyatlarından səmərəli istifadəsi ilə bağlı vəziyyəti kökündən dəyişdi və bununla da dayanıqlı inkişaf və iqtisadi müstəqilliyin təməli qoyuldu, Azərbaycanı firavan gələcəyə daşıyan yol xəritəsinin konturları müəyyənləşdi.
30 il ərzində Azərbaycan dünya ölkələri ilə enerji sahəsində uğurlu əməkdaşlıq etməkdə davam edir. Bu gün enerji təhlükəsizliyinin milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutduğunu vurğulayan cənab İlham Əliyev eyni zamanda qeyd edib ki, “Azərbaycan artıq nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb”. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının çox sayda ortaq maraqları var və bu sahədə potensial getdikcə daha da genişlənməkdədir. Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu uğurla icra edilir. Ölkəmiz Avropa İttifaqı ilə yanaşı, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü kimi bu istiqamətdə həyata keçirilən fəaliyyətə mühüm töhfələr verir.
Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi