• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur

  • 06.02.2023, 15:54, Baxış sayı:
  • 252
Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur
Fevralın 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Qeyd edək ki, tədbirlərdə Avropa Komissiyasının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri, iri enerji şirkətlərinin, maliyyə təsisatlarının rəhbərləri iştirak ediblər.
Prezident İlham Əliyev qeyd edilən iclasda çıxışı zamanı Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açdığını, Rumıniya Prezidentinin bugünkü tədbirdə iştirakının enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini, iki ölkə arasında əlaqələr daha uğurlu olacağını deyərək bildirib ki, çünki Azərbaycan dünyada çox etibarlı nüfuz qazanan tərəfdaşdır.
Dövlət başçısı çıxışı zamanı bir daha vurğulayıb ki, enerji təhlükəsizliyi, həmçinin milli təhlükəsizlik məsələsidir. Biz yeni marşrutların qurulması və yeni resursların cəlb olunması sahəsində işləyirik. Ölkə başçısı enerji təchizatının davamlı şaxələndirilməsinə hazırlaşdıqlarını söyləyib: “Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verildi. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”. “Biz, həmçinin alternativ enerji mənbələrindən danışırıq. Bu, əslində bizim enerji təchizatımızın davamlı şaxələndirilməsinin göstəricisidir. Biz buna hazırıq», – deyə Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə Anlaşma Memorandumunun imzalanmasından sonra fəal şəkildə əlavə imkanların yaradılması haqqında düşündüklərini söyləyib. Bildirilib ki, təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olub. Cari ildə onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir.
Qeyd edilib ki, hazırlanan layihələr gələcəyə doğru hesablanmalıdır. Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcəkdir. Bərpaolunan enerji ölkəmizin planlarının bir hissəsidir. Üç əsas enerji şirkəti ilə razılaşma aparılıb və anlaşma memorandumu imzalanıb ki, 25 qiqavat həcmində bərpaolunan enerji resursları əsasında həm quruda, həm dənizdə külək və günəş enerjisi istehsal edilsin. Bu, çox böyük potensialdır.

Tural Yaqubov,
Sabirabad RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter