Son zamanlar mətbuatda daşınmaz əmlakın məcburi sığortalanması yəni icbari sığortalanması ilə bağlı bir çox məlumatlara rast gəlmək olar. Hətta bu gün (1 iyun 2023-cü il tarixində) cərimələr tətbiq olunacaq qeydləri də, mətbuatda öz əksini tapıb. 2019-cu ildə bu məsələ gündəmdə idi və bununla bağlı banker.az saytında bir bloq yazımda var idi. Oxumaq istəyən linkə daxil olsun.
https://banker.az/g%C9%99l%C9%99n-ild%C9%99n-dasinmaz-%C9%99mlakin-icbari-sigortasi-h%C9%99yata-keciril%C9%99c%C9%99k-bloq/
2019-cu ildə qeyd olunurdu ki, 2020-ci ilin yanvar ayının 1-dən cərimələr tətbiq olunacaq. Nəticədə bəzi insanlar məcbur olub evini sığortaladır. Sonra isə məlum oldu ki, bununla bağlı qanun mövcud olsa da, onun işləmə prinsipi yoxdur.
İşləmə prinsipi dedikdə nə nəzərdə tutulur? Bir çox evlər sənədləşməyib. Bu isə kütləvi sığorta edilməyə çətinlik yaradır. Nəticədə nə baş verdi, insanlar sadəcə maarifləndi. Sığorta şirkətləri isə müxtəlif binaların üzərində yerləşdirilən kağızlardakı elanlardan xəbərsiz olduqlarını qeyd etdilər.
Sonda nə oldu? Bir il danışılan söhbət nəticəsiz qaldı.
Niyə mövcud qanunvericilik işlək vəziyyətdə deyil?İcbari sığorta haqqında qanunveriliyə nəzər salaq.
Hansı hallarda əmlak sığorta edilmir?Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş daşınmaz əmlak mövcud olduqda.
Tikintisi başa çatmayan daşınmaz əmlak olduqda.
Qəzalı vəziyyətdə olan daşınmaz əmlak olduqda.
Bəzi evlərin dövlət qeydiyyatına alınması yəni “kupçası” yoxdursa. Baxmayaraq ki, buna bağlı buna cavabdeh qurum iddia edir ki, bir çox mənzillər "kupça"larla təmin olunub. Şəffaf sorğu və araşdırılma aparılsa da, "kupçaların" olmadığı öz təsdiqini tapacaq.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak var.
Bundan əlavə mülkiyyət sahibi bilməlidir ki, ödədiyi pul "el dili" ilə desək yalnız divarların, döşəmənin və tavanın bərpası üçün nəzərdə tutulub. Yəni evin içində olan əşyalar məhv olsa, onlara görə, pul əvəzi ödənilmir.
Mərkəzi bank tərəfindən qeyd edilir ki, sığorta ilə bağlı daxildə iş gedir. İşin nə vaxt yekunlaşacağı barədə məlumat verilmir.
Rauf QARAYEV, iqtisadçı.