• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Moskva görüşündə Azərbaycan iddialarını tam təmin edildi

  • 29.05.2023, 22:22, Baxış sayı:
  • 156
Moskva görüşündə Azərbaycan iddialarını tam təmin edildi
May ayının 25-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında xüsusi qonaq qismində iştirakı və qeyd olunduğu kimi Bakı və İrəvanla dayanıqlı sülhün əldə olunması istiqamətində nəzərdə tutulmuş görüşü dünyanın diqqət mərkəzində olub.
Bu gün ölkə başçısının birbaşa rəhbərliyi və iradəsi ilə həyata keçirilən mükəmməl xarici siyasət kursu ölkəmizin bütün geopolitik platformalarda yüksək mövqeyini təmin edir. Hazırda Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşıdır. Eyni zamanda, ölkəmiz Türk dünyasında, eləcə də İslam aləmində mühüm iqtisadi, üstün siyasi mövqe tutur. Bütün bu uğurların dövlət başçısının balanslaşdırılmış və ölkəmizin maraqlarına hesablanan daxili və xarici siyasətinin mükəmməl vəhdətinin nəticəsi olduğu bəllidir.
Qeyd edilməlidir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə məlum bəyanatları Azərbaycanın həm diplomatik, həm də hərbi qüdrətinin təsdiqi kimi qəbul olunmalıdır. Ermənistan bütün xarici havadarlarının dəstəyinə rəğmən Azərbaycanın gücü qarşısında geri çəkilməsi ölkəmizin regionda yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu qeyd etməklə növbəti dəfə ölkəmizin sülh, sabitlik istəyini ifadə etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli Zirvə görüşündə iştirakı Azərbaycan liderinin barış, humanizm prinsiplərinə sədaqət nümunəsi kimi xarakterizə olunmalıdır.
Prezident İlham Əliyev Rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatını şərh edərək bildirdi ki, konkret rəqəmlər göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaqdır.
Artıq rəsmi İrəvan xəstə şovinist iddiaların bu ölkəni məhvə apardığını, yeganə qurtuluşun Azərbaycanın haqlı şərtlərinə boyun əymək olduğunun fərqindədir. Bu reallığın nəticəsi kimi sərhədlərin dövlətlərarası sərhədlər qismində tanındığı 1991-ci ilin Alma-Ata Bəyannaməsinin qarşı tərəfindən artıq qəbul olunması bütövlükdə diplomatiyamızın uğurudur. Məhz bu uğur modelinin müəllifi Müzəffər Ali Baş Komandan “Qarabağ Azərbaycandır!” şüarını rəsmi İrəvana da qəbul etdirmiş oldu.
Beləliklə, Moskvada keçirilən son görüşdə Azərbaycan iddialarını tam şəkildə təmin etmiş tərəf oldu. Moskva görüşü bir daha sübut etdi ki, Ermənistan Azərbaycanın milli maraqlarını ifadə edən sülh sazişini imzalamağa məhkumdur.

İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter