Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları"na nəzər salaq.
- Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında
2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Fiziki şəxsin soyadı, adı və ya ünvanı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilir. Bu zaman əvvəlki fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə geri alınır (vergi orqanından təhvil götürüldüyü halda).
- Sənədlərin proqram təminatına işlənməsi ilə məşğul olan vergi orqanı əməkdaşı ərizə və ona əlavə edilən sənədlərin rekvizitlərinin proqram təminatına düzgün daxil edilməsinə görə məsuliyyət daşıyır.
- Fiziki şəxs www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalında e-qeydiyyatdan keçməklə vergi uçotuna dayandıqda, vergi orqanı əməkdaşı həmin fiziki şəxs tərəfindən elektron ərizəyə daxil edilmiş məlumatların düzgünlüyünü yoxlayır.
- Yeni nüsxəsi
ödənişsiz olaraq verilir.
İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edir.
Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Növbəyə yazılma prosesinin videosunun keçid linki:
https://www.youtube.com/watch?v=cKap_iXaTOA&list=PLbELgRKZ2vRbzOmXex80otdrzG9sIf1kA&index=140Rauf QARAYEV, iqtisadçı-ekspert.