• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ulu Öndərin böyük siyasəti

  • 13.04.2023, 00:21, Baxış sayı:
  • 202
Ulu Öndərin böyük siyasəti
Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Hazırda müasir dünyamızda baş verənlər onu təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Ordu tarixən həmişə dövlət , xalq, millət üçün ən əziz anlayış olmuşdur. Ordu hər bir ölkənin ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin təminatçısıdır. Bu gün iftixar hissi ilə bütün dünyaya bəyan edirik ki, müstəqil Azərbaycan dövlətinin ona layiq, onun müstəqilliyini qorumağa və möhkəmləndirməyə qadir olan güclü ordusu var. Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır.
Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Azərbaycan Ordusunun formalaşmasında böyük rolu olan bu məktəbin məzunları istər Birinci, istərsə də Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşaraq, yüksək dövlət təltiflərinə layiq görülüblər. Ulu Öndər istər ordunun şəxsi heyətinin, istərsə də ictimaiyyətin qələbəyə inamını erməni silahlı birləşmələrinin hücum əməliyyatlarını dayandırmaqla, onun irəliləməsinin qarşısını almaqla coşdurdu. 1994-cü ilin yanvarın 5-də Horadiz əməliyyatı kimi tarixə düşən hərbi əməliyyat başladı. Horadiz əməliyyatında Azərbaycan Ordusu Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad etdi. 1994-cü il mayın 12-də imzalanan atəşkəs ordu quruculuğunu dinamik əsaslarla aparmağa şərait yaratdı. Ulu Öndərin rəhbərliyi ilə ordunun mərkəzləşdirilmiş maddi-texniki bazası genişləndi və yaxşılaşdırıldı, əsgər və zabitlərin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəldildi, ordu quruculuğunda genişmiqyaslı islahatlara başlanıldı. Ulu Öndər deyirdi: "Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır"
Ulu Öndər tərəfindən əsası qoyulmuş ordu quruculuğu cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox uğurla davam etdirildi. Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçdi və bölgənin ən güclü qüvvəsinə çevrildi.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanmaqla 30 ilə yaxın müddətdə davam edən erməni işğalına son qoydular. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən Ümummilli Liderimizin başlatdığı və uğurla inkişaf etdirdiyi ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu siyasəti uğurla davam etdirən Möhtərəm Prezident cənab İlham Əliyevin müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin etdi.Silahlı Qüvvələrimizin Vətən Müharibəsindəki döyüş təcrübəsi bir çox inkişaf etmiş ölkələrin hərbi-elmi mərkəzləri tərəfindən hələ də öyrənilir və araşdırılır.
Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Heydər Əliyevin böyük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.
Bütün bunlara görə qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter