• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb

  • 12.04.2023, 18:02, Baxış sayı:
  • 236
Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında qərarlaşıb
Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları tariximizin qara səhifəsi kimi daim vərəqlənir. Nizami ordunun olmaması torpaqlarımızın işğalında əsas rol oynadı. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə sabitliyin yaradılmasını vacib amil kimi önə çəkdi. Dahi şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanması ölkəmizdə sabitliyin yaradılmasına, bu fonda digər sahələrin inkişafına geniş imkanlar açdı. Prezident İlham Əliyev həmin dövrü belə xarakterizə edir: "Demək olar ki, müstəqilliyimizin ilk iki ili Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşamasını sual altına qoymuşdu. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqı həmişə olduğu kimi, müdriklik göstərdi, ulu öndər Heydər Əliyevə müraciət etdi, onu hakimiyyətə dəvət etdi. Ancaq bundan sonra, ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət sabitləşdi və Azərbaycan bu ağır vəziyyətdən çıxa bildi."
Silahlı Qüvvələrimizin bugünkü qüdrəti həmin ağır illərdə xalqa xilas yolunu göstərən ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində apardı siyasətin məntiqi nəticəsi kimi dəyərləndirilir. Azərbaycan xalqının səsinə səs verən ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı, ölkəni ağır vəziyyətdən çıxarmaqla həyatı əhəmiyyətli islahatların aparılmasını təmin etdi. Müstəqilliyimizin bərpasının ilk illərində nizami ordunu təsəvvür etmək belə mümkün deyildi. Ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilən könüllü dəstələr mövcud idi. Məhz bu baxımdan ulu öndər Heydər Əliyev tərəfindən qəbul edilmiş inkişaf strategiyasında nizami ordunun yaradılması xüsusi yer tutur. "Sülh danışıqlarını cəsarətlə apara bimək üçün güclü orduya malik olmaq lazımdır" söyləyən Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə ilk apardığı islahatların ordu quruculuğu ilə bağlı olması təsadüfi deyildi. Ulu öndər Heydər Əliyev bildirmişdir: "Silahlı qüvvələrimizin hər bir əməkdaşı gözəl bilir ki, güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini qorumaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əsas amildir, sülhün və əmin-amanlığın təminatçısıdır."
Ümummilli Liderin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı ən yüksək zirvələrə qaldıran Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində atdığı addımların uğurlu nəticə tarixi Zəfərimizdir. Möhtəşəm Qələbəyə gedən yol təhlil ediləndə rəşadətli Ordumuzun 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında göstərdiyi qəhrəmanlıq, şücaət xüsusi qeyd edilir. Hər bir zəfər torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyi artırdı. Bu gün qürurla qeyd edirik ki, 7 il bundan əvvəl Lələtəpə yüksəkliyində ucaldılan Azərbaycan bayrağı azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır. Dövlət başçısı, Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun imza atdığı şanlı Qələbə ermənilərin illərdir yaratdıqları "məğlubedilməz erməni ordusu" mifini dağıtdı. Dünya gördü ki, ən güclü, qüdrətli ordu Azərbaycan Ordusudur. Ümummilli lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasətinin, son 20 ilə yaxın dövrdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Xalqımız əmin idi ki, gün gələcək üçrəngli bayrağımız işğaldan azad olunan bütün torpaqlarımızda qalibiyyət rəmzi kimi düşmənə göz dağı olacaq. Bu gün qürurla qeyd edirik ki, Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.

Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter