• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ordumuz Şanlı Qələbəsi ilə dünyanın hərb tarixində xüsusi yer tutur

  • 01.07.2021, 11:29, Baxış sayı:
  • 479
Ordumuz Şanlı Qələbəsi ilə dünyanın hərb tarixində xüsusi yer tutur
Azərbaycan Ordusu ilk dəfə öz yaranma tarixini qalib formada qeyd etdi. 103 illik tarixində çox çətin və şərəfli bir inkişaf yolu keçən Ordumuz öz Şanlı Qələbəsi ilə nəinki ölkəmizin, eləcə də dünyanın hərb tarixində xüsusi yer tutur. Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla bütün zabit və əsgər heyəti qalib ruhdadır.
Azərbaycanın ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində XX əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb. Gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, SSRİ-nin digər hərbi məktəblərində təhsil almaları təmin edilib.
90-ci illərdə yenicə müstəqillik qazanan Azərbaycanda ordu quruculuğu sahəsində çətinliklər vardı. O dövr ölkə daxilində hakimiyyətsizlik, xaos və anarxiya hökm sürürdü. Ordu iflic vəziyyətində idi. Bu isə ərazilərin Ermənistan tərəfindən işğalına şərait yaradırdı. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə ölkə xaos və anarxiyadan qurtuldu. Vahid komandanlıq altında ordu quruculuğuna başlanıldı. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi.
30 illik işğala 44 günə son qoyan Müzəffər Ordunun qalibiyyət yoluna nəzər saldıqda əldə olunan nəticənin möhtəşəmliyi məhz uğurlu siyasətin məntiqi sonluğu kimi xarakterizə olunur. 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, hərbi qabiliyyətini, hazırlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Vətən müharibəsinin qalibi torpaqlarımızı azad edən, sərhədlərimizi qoruyan, cəsarətli əsgər və zabitlərimizdir. Müzəffər xalqın bir fərdi olmaq böyük şərəf və məsuliyyətdir. Azərbaycan Ordusunun yaranması günü münasibəti ilə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev başda olmaqla Silahlı Qüvvələrimizin bütün şəxsi heyyətinə təbriklərimizi çatdırırıq.

Nüşabə ƏHMƏDOVA,
Milli Qəhrəman Mübariz
Əhmədovun bacısı, Qaratəpə kənd tam orta məktəbinin müəllimi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter