Sabirabad rayon Heydər Əliyev Mərkəzində 2 fevral Azərbaycan Gəncləri Gününün 26-cı ildönümü münasibətilə Sabirabad regional "ASAN xidmət " mərkəzinin əməkdaşlarının və könüllülərinin iştirakı ilə "Heydər Əliyev və Azərbaycan Gəncləri " mövzusunda dəyirmi masa keçirilib
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva 2 fevral Gənclər Günü münasibətilə bütün gəncləri təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıb.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi, inkişafi üçün müvafiq addımlar atıb.
" ASAN xidmət" mərkəzinin VQİTS- nın baş mütəxəssisi Amil Alışov Ulu Öndər Heydər Əliyevin gənclərə və gəncliyə hər zaman etimad göstərdiyini bildirib. Qeyd olunub ki, artıq bu gün gənclər siyasəti mahiyyət və keyfiyyət etibarı ilə yeni mərhələrini yaşayır.
Görüş müzakirəli şəkildə davam edib.