Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli müvafiq Sərəncamına əsasən Sabirabad rayon Heydər Əliyev Mərkəzində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə "Heydər Əliyev - Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir!" adlı tədbir keçirilib.
Tədbirdə Sabirabad şəhər N.Gəncəvi adına 5 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə açaraq qonaqları, salamlayıb və 21 fevral - Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunması uğrunda mübarizədən danışıb. Bütün dünya dövlətlərində olduğu kimi, respublikamızda da bu gün qeyd olunur.
Xüsusi qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev ardıcıl və məqsədyönlü dil siyasəti aparıb, Azərbaycan dilinin qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib.
Azərbaycan dili və ədəbiyyatı müəllimi Rayihə Vəlizadə Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışıb, dövlətin uğurlu dil siyasəti apardığını vurğulayıb.
Sonra şagirdlərin ifasında Ana dilimizə həsr olunan şeirlər səsləndirilib.
Tədbirin sonunda "Heydər Əliyev - Ana dilimizin inkişafında tarixi təşəbbüs və cəsarət müəllifi!" adlı videoçarx izlənilib.