• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir

  • 29.03.2023, 11:00, Baxış sayı:
  • 160
Siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir
Siyasi dialoq mühitinin ölkəmizdə dəstəklənməsi, eləcədə dialoq məfhumunun təşviqi məqsədilə Azərbaycanda fərqli layihələr davamlı olaraq reallaşmaqdadır. Görülən işlər sayəsində “siyasi dialoq” anlayışı öz aktuallığını qoruyaraq, siyasi təcrübənin ayrılmaz amilinə çevrilib.
Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur.
Ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqunun davamlı şəkildə inkişaf edir.
Siyasi partiya nümayəndələrinin, cəmiyyətin fəal üzvlərinin, həmçinin vətəndaş cəmiyyəti institutlarının bu proseslərdə qabaqcıl mövqe tutması mühüm əhəmiyyət bəhs edir.
Qeyd olunmalıdır ki, dayanıqlı siyasi dialoq mühitinin qorunması kontekstində isə obyektiv siyasi şərhlərin, həmçinin maarifləndirmə və təbliğat işlərinin aktuallığı xüsusi olaraq artır. Bu mənada mövcud potensialların səfərbər olunması və müvafiq sahələrin mütəxəssisləri ilə birgə müzakirələrin aparılması siyasi zərurətdir.
Azərbaycanda yaşanan milli birlik və həmrəylik kontekstində 44 gün davam edən Vətən müharibəsində əldə olunan Böyük Qələbəni xatırlamaq yerinə düşərdi. Müharibədən əvvəl artıq ölkəmizdə yeni bir müsbət siyasi iqlim yaranmışdır. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi. Azərbaycan iqtidarı buna nail olduq. Bu gün isə qarşıds bu Qələbəni siyasi yollarla möhkəmləndirmək vəzifəsi durur.
Bu dialoq Azərbaycan milli mədəniyyətinə məxsus keyfiyyətlərdən biri oldu. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən mövcud istiqamətdə görülmüş işlər də bu əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verib.
Bu gün ölkədə həyata keçirilən siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Eyni zamanda, dialoq mühiti siyasi partiyalara öz gücünü obyektiv şəkildə dəyərləndirmək üçün şərait yaradıb. Təsadüfi deyil ki, bəzi siyasi partiyalar rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlarını veriblər. Bu cür halları obyektiv və təbii proses kimi qəbul etmək lazımdır.
Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrinin dərinləşdirilməsinə xidmət edir. Siyasi proseslərə qiymət verərkən, obyektivlik naminə nəzərə alınmalıdır ki, ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır. Təsadüfi deyil ki, ötən müddət ərzində siyasi dialoq prosesi çərçivəsində fərq vermədən yüzlərlə görüş təşkil olunub, habelə çoxlu sayda müxtəlif səpgili məsələlər açıq və əməkdaşlıq şəraitində müzakirə olunaraq öz həllini tapmışdır.

Seyidabbas Babayev,
Sabirabad RİH başçısının Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter