• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

X Qlobal Bakı Forumunda Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu bir daha göstərdi

  • 12.03.2023, 18:22, Baxış sayı:
  • 185
X Qlobal Bakı Forumunda Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu bir daha göstərdi
“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.
Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır. Yeni dünya düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının müzakirə edildiyi bir zamanda bu mövzuda keçirilən Qlobal Bakı Forumunda hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün X Qlobal Bakı Forumuna toplaşdı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir.
Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir.

Əliqulu Babaşov,
Sabirabad rayonu, “34 saylı Yol istismarı” MMC-nin direktoru

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter