• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisdir

  • 20.06.2022, 08:19, Baxış sayı:
  • 307
IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisdir
Ölkəmizin paytaxtı Bakı şəhəri iyunun 16-da növbəti nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Ölkə başçımız Forumda iştirak edərək çıxış edib.
Bakı yenidən beyin mərkəzlərinin, qlobal problemlərin müzakirə olunduğu, həll yollarının axtarıldığı məkana çevrilib. IX Qlobal Bakı Forumunda da bundan əvvəlki forumlarda olduğu kimi bəşəriyyəti narahat edən məsələlər müzakirə olunub. Qlobal Bakı Forumunun əhəmiyyəti ondan ibarətdir ki, burada aparılan müzakirələr və fikir mübadilələri dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəkdir. Forumun təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib. Qlobal dünya nizamına təhdidlər mövzusunda təşkil olunan forum artıq universal platformaya çevrilib. Bu dəfə siyasi, iqtisadi, humanitar və digər məsələlər dünyanın nüfuzlu diplomatları, iqtisadçıları və digər sahələrin mütəxəssisləri ilə birgə nəzərdən keçirilib. Gələcəyə doğru addımlar müzakirə olunub.
Müxtəlif tərəflərin fikirlərini toplamaqla yanaşı hər bir müzakirə təfəkkürlərdə dəyişiklik yaradır və gələcəkdə ciddi qərarların qəbul olunmasında həlledici rol oynayır. Bu forumda iştirak edən nüfuzlu diplomatlar və siyasətçilər beynəlxalq arenada ən vacib məsələlərlə bağlı çox açıq və səmimi müzakirəyə töhfə vermək imkanına malikdirlər.
2020-ci ilə qədər Azərbaycan bu platformadan həm də Ermənsitanın təcavüz faktı barədə beynəlxalq ictimaiyyəti məlumatlandırırdı. Münaqişənin başa çatmasından sonra isə əsas diqqət sülhün möhkəmlənməsinə yönəlib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Təbii ki, uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Amma bununla belə, Azərbaycan sülhü seçir. Çünki dövlət başçımızın da qeyd etdiyi kimi, biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Forumda qeyd edildi ki, kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır. Zəngəzur dəhlizini açılmasının həlli regionda sülhün və əməkdaşlığın bərqərar olması üçün çox vacibdir.
Bakı Qlobal Forumunda verilən ən vacib mesaj bundan ibarətdir ki, Azərbaycanın Qafqazla bağlı baxışı inteqrasiya və əməkdaşlıqdan ibarətdir. Bu yanaşma bütün universl dəyərlər və beynəlxalq prinsiplərlə də üst-üstə düşür.

Sübhan Xəlilov,
Sabirabad RİH başçısının şəhər inzibati
ərazi dairəsi üzrə nümayəndəsi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter