• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir

  • 08.03.2023, 12:55, Baxış sayı:
  • 191
Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir
Azərbayanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar reallığı özünü bütün məqamlarda və proseslərdə ehtiva etməkdədir. Bu xüsusda, daxaili siyasətdə də aparılan islahatlar öz uğurlu nəticələri ilə sübut olunmaqdadır. Belə ki, islahatların daha bir amili Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə, eləcə də parlamentimizin fəaliyyətindəki yeniliklərlə göstərilə bilər. Prezident İlham Əliyevin 10 mart 2020-ci ildə altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında da reallaşdırılan islahatlarla bağlı bir sıra əhəmiyyətli faktorlar önə çəkilmişdir.
Dövlətimizin başçısı qeyd etmişdir ki, davamlı islahatlar siyasətinin parlamentdə də sövq edilməsi Milli Məclisin işinin yaxın perpektivdəki işinin daha geniş sferanı əhatə etməsinə söykənir. İlk növədə isə, ölkəmizdə mövcud olan demokratik mühit islahatlara stimul verməkdədir. Əbəs deyil ki, seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymət bir sıra aparıcı qurumlar, təşkilatlar tərəfindən verilmişdir. Misal üçün, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv qiymətləndirmə aparıb və bəyan edilib ki, Aİ yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Söz yox ki, verilmiş bu qiymət, bilavasitə demokratik seçkilərin tanınması gerçəkliyini isbatlayır.
Dövlətin, ölkə rəhbərliyinin bu kimi dairələrə göstərdiyi etimadlarının doğrulmaması isə qəti və sərt tədbirlərin görülməsi tələbini zəruri edir. Çünki Prezident İlham Əliyev cənablarının da vurğuladığı kimi, hər bir məmur xalqın xidmətçisi olmalıdır və Onun özü xalqın bir nömrəli xidmətçisi olduğunu dəfələrlə öz çıxışlarında vurğulayıb. Bu kəlamdan nəticə çıxarmayan, yaxud nəticə çıxarmaq istəməyən naxələf məmurlar sonunda məhz xalqın, dövlət qanunlarının qarşısında cavab verməlidirlər və verirlər də. Biz ümid edirik ki, dövətimizin inkişafına, xalqımızın rifah halının yaxşılaşdırılmasına maneçilik törədən naxələf məmurlar üzərində bundan sonra da təmizləmə işləri aparılacaqdır
Azərbaycan sosial dövlətdir və son illərdə atılan bütün mütərəqqi addımlar bunu kifayət qədər isbatlayır. Minimum əməkhaqlarının, minimum pensiyaların müntəzəm olaraq qaldırılması böyük iqtisadi mənbə tələb edir. Habelə, ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə vurur.
Daha bir mühüm reallıq ölkəmizdə aparılan gənclər siyasəti ilə bağlıdır. Nəzərə alsaq ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir, bu zaman əminlikə deyə bilərik ki, Azərbaycanda demoqrafik mənzərə çox müsbətdir. Təbii ki, gənclər bizim gələcəyimizdir və gəncliyin inkişafı gələcəyimizin inkşafı deməkdir. Ona görə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə edilmələri istiqamətində qanunvericilikdə ardıcıl addımların atılması mütləqdir. Ən əsası isə, qarşıya qoyulan məqsədlərimizdən biri də gənclərimizin milli ruhda tərbiyə almalarına xüsusi diqqətin ayrılması, onların xarici təsir altına düşməmələri üzərində çevik tədbirlərin görülməsi olmalıdır.

İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter