Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar
- 24.12.2021, 15:50, Baxış sayı:
- 497
Facebook
Вконтакте
Одноклассники
Google+
Prezident İlham Əliyevin imzaladığı sərəncamlar ilə Azərbaycanda sosial islahatların yeni mərhələsinə başlanılıb. Dövlət başçısının verdiyi qərarlar əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edəcək. İmzalanmış yeni sərəncamlarla minimum əməkhaqqı gələn ilin əvvəlindən 250 manatdan 300 manata çatdırılır ki, bu da 800 min işçinin maaşının artırılması deməkdir.
Həmçinin dövlət ümumi və peşə təhsili müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin də maaşı artırılır. Bütövlükdə, Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamları 1 milyona yaxın insanın sosial rifahına dəstəkdir. Son artım nəzərə alınmaqla minimum əməkhaqqının 2,3 dəfə, orta aylıq əməkhaqqının 37 faiz artması ölkəmizdə son 4 ildə sosial ödənişlərdə baş verən ciddi artımların mühüm bir istiqamətinin əməkhaqları ilə bağlı olduğunu sübut edir: “Prezident İlham Əliyevin Sərəncamı ilə artırılan minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Heç şübhəsiz ki, bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır.
Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 130 manatdan 300 manata çatdırılıb. Gələn il üçün isə minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu da 43 faiz üstələyəcək.
Əli Süleymanov,
Sabirabad rayon sakini,
Azərbaycan İqtisad Univeristetinin tələbəsi