Sabirabad rayon sakinlərinin qardaş Türkiyə xalqına yardım aksiyası
- 01.03.2023, 11:03, Baxış sayı:
- 178
Facebook
Вконтакте
Одноклассники
Google+
Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara humanitar yardım aksiyası ölkəmizin bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da davam edir.
Sabirabad şəhərində yardımların toplanması üçün bir neçə xüsusi məntəqələr yaradılıb. Zəlzələnin baş verdiyi ilk gündən Sabirabadlılar yardım toplama məntəqələrinə könüllü şəkildə gələrək yataq dəstləri, böyüklər və uşaqlar üçün isti geyimlər, gigiyenik vasitələr, konservləşdirilmiş qidalar, quru ərzaqlar, tibbi ləvazimatlar və digər zəruri yardımları təqdim edirlər. Yükdaşıma şirkəti olan “LinEx Express” MMC-nin Sabirabad filialında və “Şamaxılılar” məscidində edilən yadımların qəbul edilməsinə, çeşidlənməsinə və yola salınmasına rayon sakinləri yaxından köməklik göstərir.
Ümumiyyətlə yardım aksiyasında yerli sakinlər, ağsaqqallar, ziyalılar, gənclər, könüllülər, iş adamları, idarə və təşkilatların əmək kollektivləri aktiv şəkildə iştirak edir.
Sabirabad əhalisinin qardaş türk xalqına humanitar yardımı davam etməkdədir.